DDD.Az - proektləri
• Eva.Az - Qadın portalı
• Biznes.DDD.Az - Biznes portal
• Web.DDD.Az - Saytların kataloqu
• Facebook.DDD.Az - Facebook səhifələri
• Bus.DDD.Az - Avtobusların icarəsi
• TB.DDD.Az - Tapıntılar bürosu
Axtarış
Azərbaycanda və ya xaricdə nəsə axtarırsız? Dövlət və ya özəl müəssisə, şirkət, hər hansı bir obyekt və ya nə olmasından asılı olmayaraq, axtardığınızı tapa bilmirsiz? Elə isə bizə müraciət edin! Biz sizə kömək edərik.Bizimlə əlaqə
Əlavə məlumat almaq üçün:Tel.: +99412 4379946
Mob.: +99455 8541038
Mob.: +99455 6753990
Mob.: +99450 2848384
E-mail: info@ddd.az
| Vakansiya |
|
|
|
|
Hörmətli istifadəçilər!
Ümumi melumat Portalın işlədilməsini öz üzərinə götürəcək şəxslər minimum 2 nəfərdən (1 administrator və 1 moderator, daha çox da ola bilər: 1 administrator, 3-4 və s. moderator) ibarət olmalıdır. Siz aşağıda olan qeydiyyat formanı doldurarkən 1 administrator və 1 moderatoru mütləq qeyd etməlisiniz. Bundan sonra biz administrator olaraq qeyd edilən şəxsə görüş təyin edirik. Görüş zamanı biz sizə yox, siz bizə işlədəcəyiniz portal haqqında məlumat verirsiniz. Siz bizə saytın gələcəyini necə gördüyünüzü, portalda hansı bölmə və kateqoriyanın olacağını, informasiyanı hardan götürəcəyinizi, ümumilikdə portalda olacaq informasiyanın 70%-i barədə məlumat verməlisiniz (informasiyanın sayta yerləşdirilməsindən başqa, bu sizə öyrədiləcək). Konkret olaraq, nəzəri cəhətdən portalı necə görürsünüz? sualına cavab verməlisiniz. Qeyd: Saytın bütün texniki işi və reklam olunması bizlikdir.
Sizin işiniz Hər hansı bir obyektdən (şirkətdən və s.) informasiyanın öyrənilməsi (saytlarına daxil olaraq (əgər varsa), telefonla və ya həmin obyektə (şirkətə və s.) getməklə), informasiyanın emalı, internetdən axtarılan məlumatın tapılması, məlumatın sayta yerləşdirilməsi və s. işlərdən ibarətdir.
Bizimlə işləməyin üstünlükləri Bizimlə işləməyin üstünlüyü aşağıdakılardan ibarətdir: Gəliriniz Əgər sizin işlətdiyiniz portal gəlir gətirərsə, 50%-i sizindir. Yəni siz işlədiyiniz proyekt üzrə bütün gəlirlərin (reklam, pullu xidmətlər və s.) tam 50%-nə sahib olacaqsınız.
Xüsusi Qeyd Əgər kiminsə sağlamlığında qüsur və ya hər hansı əlilliyi varsa (hərəkətində, danışığında, görməsində, və s. - onu digər işlərdə işləməyinə məhdudiyyət qoya bilən hər hansı qüsur) və digər işlərdə işləyə bilmirsə və yaxud işə götürmürlərsə (Düşünürsünüz ki, əlilliyi olan insanı kim işə götürər? Səhv eliyirsiz. Biz işə götürərik.), bizim üçün problem deyil. Sadəcə olaraq kompüteri olmalı, az-maz işi bilməli(işdən anlayışı olsun, qalanını biz özümüz öyrədəcəyik) və işləmək həvəsi olmalıdır. Hərəkətində və ya evi tərk etməsində problem olan şəxs evində olaraq da işləyə və zamanı gələndə qazana bilər. Biz hər bir insana gücümüz daxilində köməklik etməyə hazırıq. Əsas odur ki, siz özünüz özünüzə kömək etmək istəyəsiz.
|





